...

Gürcüstan vətəndaşı gizli şəkildə Azərbaycana qızıl-zinət əşyaları və antikvar gətirib

Hadisə Materials 22 Dekabr 2010 14:39 (UTC +04:00)
Gürcüstan vətəndaşı gizli şəkildə Azərbaycana qızıl-zinət əşyaları və antikvar gətirib.
Gürcüstan vətəndaşı gizli şəkildə Azərbaycana qızıl-zinət əşyaları və antikvar gətirib

Gürcüstan, Tbilisi, 22 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan vətəndaşı gizli şəkildə Azərbaycana qızıl-zinət əşyaları və antikvar gətirib.

Gömrük qaydalarının pozulması faktı ilə əlaqədar Gürcüstan vətəndaşı saxlanılıb. Əməliyyat dekabrın 21-də Gürcüstan Sərhəd Polisinin 1-ci əməliyyat-istintaq idarəsinin əməkdaşları tərəfindən keçirilib. Bu barədə Trend-ə sərhəd polisindən bildiriblər.

Gürcüstan vətəndaşı Ale Alaverdov "Qırmızı körpü" sərhəd məntəqəsindən qızıl-zinət və antikvar əşyalarını Azərbaycana gizli şəkildə keçirməyə cəhd göstərib.

Faktla bağlı istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti