Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Astarada bıçaqlanma ölümlə nəticələnib.
Astara rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ötən gün 28 yaşlı Astara rayon sakini Ceyhun Feyziyev 26 yaşlı Fərid Məmmədovu ürəyindən bıçaqlayıb.
Məmmədov aldığı xəsarətdən yerindəcə keçinib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Feyziyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.