...

Azərbaycanın cənubunda qarın qalınlığı yarım metrə çatıb

Hadisə Materials 11 Yanvar 2011 13:07 (UTC +04:00)
Azərbaycanın cənub bölgəsində yerləşən Lerik rayonunda iki gündür yağan qar nəticəsində bəzi sosial problemlər yaranıb.
Azərbaycanın cənubunda qarın qalınlığı yarım metrə çatıb

Azərbaycan, Lənkəran, 11 yanvar /Trend, müxbir P.Əliyeva/

Azərbaycanın cənub bölgəsində yerləşən Lerik rayonunda iki gündür yağan qar nəticəsində bəzi sosial problemlər yaranıb. Bu barədə Trend-ə Lənkəran Regional Hidrometeroloji Mərkəzin direktoru İdris Höccətov məlumat verib.

Trend-in bölgə müxbirinin məlumatına görə, qarın qalınlığı rayon mərkəzində 38 sm-ə çatır, ucqar kəndlərdə isə 50 sm-dən çoxdur. Ucqar kəndlərin rayon mərkəzi ilə əlaqəsində müəyyən problemlər yaranıb.

Bəzi kəndlərə enerji verilişində fasilələr yaranıb. Qaz təchizatında isə problem olmayıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin regional mərkəzinin əməkdaşları qarın fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparır.

Lerik Bakıdan 300 kilometr məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti