...

Domodedovo aeroportunda baş verən partlayışda azərbaycanlıların olub-olmadığı araşdırılır - səfirlik

Hadisə Materials 24 Yanvar 2011 18:48 (UTC +04:00)
Domodedovo aeroportunda baş verən partlayışda azərbaycanlıların olub-olmadığı araşdırılır. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Rusiyadakı səfiriyindən məlumat verilib.
Domodedovo aeroportunda baş verən partlayışda azərbaycanlıların olub-olmadığı araşdırılır - səfirlik

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir Y.Ostapenko/

Domodedovo aeroportunda baş verən partlayışda azərbaycanlıların olub-olmadığı araşdırılır. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Rusiyadakı səfiriyindən məlumat verilib.

Partlayış Domodedovo aeroportunun beynəlxalq terminalında saat 16:40-da baş verib. Ölənlərin sayının 31-ə çatdığı, yaralıların isə 130 nəfər olduğu bildirilir.

Domodedovo aeroportunda partlayış nəticəsində həlak olan və xəsarət alanlar var. Trend-in məlumatına görə, bunu Rusiya Aviasiyası İdarəsinin nümayəndəsi Sergey İzvolski təsdiq edib. Məlumatı RİA Novosti yayıb.

"Beynəlxalq reyslərin uçub gəlmə zalında saat 16:37-də partlayış olub, həlak olan və yaralananlar var", - o bildirib.

Rusiya Aviasiya İdarəsinin rəhbəri Aleksandr Neredko aeroporta gəlib.

İlkin ehtimala görə, Domodedovo aeroportunda partlayışı intihar etməklə terrorçu törədib.

Xəbər lenti

Xəbər lenti