...

Gürcüstanda batan Ukrayna gəmisindən Azərbaycan vətəndaşları xilas edilib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 7 Fevral 2011 14:37 (UTC +04:00)
Poti limanının (Gürcüstan) akvatoriyasında güclü fırtına zamanı Ukraynanın "Qriqori Petrovskiy" gəmisi batıb. Bu barədə bazar ertəsi Trend-ə Gürcüstanın sərhəd polisindən məlumat verilib.
Gürcüstanda batan Ukrayna gəmisindən Azərbaycan vətəndaşları xilas edilib (ƏLAVƏ OLUNUB)

Yanacağın axması barədə məlumat əlavə olunub (ilk xəbər 14:28-də yayılıb)

Gürcüstan, Tbilisi, 7 fevral /Trend, müxbir N.Kirsxaliya/

Poti limanının (Gürcüstan) akvatoriyasında güclü fırtına zamanı Ukraynanın "Qriqori Petrovskiy" gəmisi batıb. Bu barədə bazar ertəsi Trend-ə Gürcüstanın sərhəd polisindən məlumat verilib.

İçərisində qadın da olan ekipajın 11 üzvünün hamısı xilas olunub. İTAR-TASS -ın ilkin məlumatlarına əsasən, ekipajın üzvləri arasında üç Ukrayna, üç Azərbaycan və bir Rusiya vətəndaşı olub.

Gəmi çən hissəsindən deşilib və nəticədə 35 ton qaynar yanacaq dənizə axır. Limanın ərazisində hələ də güclü küləyin əsməsi vəziyyəti çətinləşdirir və qəzanın nəticələrini aradan qaldırmaq üzrə işlərin aparılmasına mane olur.

Məlumata əsasən, xilasetmə əməliyyatında limanın sahil mühafizə dəstəsi və nəzarət xidmətinin əməkdaşları iştirak ediblər.

Quru yük daşıyan gəmi xarici reyddə yüksüz dayanıb. Fırtına zamanı idarəetməni itirərək bəndə çırpılıb.

Quru yük daşıyan gəmi əvvəlcədən təhlükədən xəbərdar olsa da, müqavimət göstərməyə gecikib, sərhəd polisindən məlumat verilib.

Fakt üzrə araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti