...

DİN Qaradağ rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 14 Fevral 2011 15:59 (UTC +04:00)
Nazirlikdən Trend-ə verilən məlumata görə, fevralın 14-də saat 00:50 radələrində şəxsiyyəti müəyyən edilməmiş sürücü tərəfindən idarə edilən "Mercedes" markalı mikroavtobus Qaradağ rayonu ərazisindəki hündürlüyü 6 metr olan körpüdən dəmiryol xəttinin üstünə aşıb.
DİN Qaradağ rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili İşlər Nazirliyi Qaradağ rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, fevralın 14-də saat 00:50 radələrində şəxsiyyəti müəyyən edilməmiş sürücü tərəfindən idarə edilən "Mercedes" markalı mikroavtobus Qaradağ rayonu ərazisindəki hündürlüyü 6 metr olan körpüdən dəmiryol xəttinin üstünə aşıb və hərəkətdə olan Bakı-Horadiz-Astara sərnişin qatarı ilə vurulub.

Nəticədə "Mercedes" markalı avtomobildə xəsarət almış sərnişinlər - Xırdalan şəhər sakinləri Mehdi Vəliyev, Nigar Əhmədəliyeva, Aysel Əhmədova, Ucar rayon sakinləri Sevil Fətəliyeva və Nişan Allahverdiyeva xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə əlaqədar saat 00:50-dən 02:30-dək dəmiryolda qatarların hərəkəti dayanıb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti