...

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi "Şirvan" gəmisindəki yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 15 Fevral 2011 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (DXDG) "Şirvan" gəmisində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Trend-in məlumatına görə, DXDG-nin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir ki, "İlham Allahverdiyev" adına gəmi təmiri zavodunda təmirə dayanmış, Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Şirvan" quru yük gəmisinin burun hissəsində fevralın 14-də saat 19:00 radələrində yanğın baş verib.

Saat 23:00-da Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin müdaxiləsi nəticəsində yanğın söndürülüb.

Baş verən partlayış zamanı 3 nəfər xəsarət alıb.

Zavodun çilingəri Qarayev Rakif Yurka oğlu göstərilən tibbi yardıma baxmayaraq, xəstəxanada vəfat edib, digərləri - adıçəkilən zavodun baş mühəndisi Mirzəyev Şaiq Nəsib oğlu və elektrik qaynaqçısı Qarayev Yurka Humay oğlu tibb müəssisəsinə yerləşdiriliblər.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Dəniz Administrasiyasının və prokurorluq orqanlarının mütəxəssisləri tərəfindən hadisə yerində olayın başvermə səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti