...

Azərbaycanda məhkum polisə atəş açıb

Hadisə Materials 15 Fevral 2011 15:31 (UTC +04:00)
Azərbaycanda məhkum narkotik maddə satarkən polis tərəfindən yaxalanıb.
Azərbaycanda məhkum polisə atəş açıb

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda məhkum narkotik maddə satarkən polis tərəfindən yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 13-də Biləsuvar rayonu ərazisində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Seymur Babayev 1 kiloqram həşişi satarkən ona yaxınlaşan polis əməkdaşına tərəf tapançadan atəş açıb.

Hadisə zamanı polis əməkdaşı xəsarət almayıb.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsindəki regional şöbəsi və Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Babayev zərərsizləşdirilərək tutulub.

Ondan 1 ədəd nömrəsi silinmiş "Makarov" tapançası və 25 kiloqram 220 qram həşiş götürülüb.

Xəbər lenti

Xəbər lenti