...

Rusiya yığmasının qapıçısının xanımı yol qəzasında həlak olub (FOTO)

Hadisə Materials 17 Mart 2011 12:43 (UTC +04:00)
Rusiya yığmasının və "Zenit" futbol klubunun qapıçısı Vyaçeslav Malafeyevin həyat yoldaşı Marina yol qəzasında həlak olub. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib.
Rusiya yığmasının qapıçısının xanımı yol qəzasında həlak olub (FOTO)

Azərbaycan, Bakı, 17 mart /Trend/

Rusiya yığmasının və "Zenit" futbol klubunun qapıçısı Vyaçeslav Malafeyevin həyat yoldaşı Marina yol qəzasında həlak olub. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib.

Qəza səhər tezdən Sankt-Peterburqun Primorsk prospektində baş verib. Sükanı arxasında Marina Malafeyevanın olduğu "Bentley" avtomobili reklam dirəyinə çırpılıb. "Fontanka.ru" dəqiqləşdirir ki, maşın reklam dirəyini əzəndən sonra ağaca çırpılıb.

"İnterfaks"ın müsahibinin sözlərinə görə, avtomobildə Marina ilə yanaşı başqa bir kişi də olub. O, ağır xəsatər alıb və xəstəxanaya yerləşdirilib. Malafeyevanın yol yoldaşının şəxsiyyəti müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti