...

Sumqayıtda kürəkən qayınanasını balta ilə öldürdü

Hadisə Materials 2 Aprel 2011 12:03 (UTC +04:00)
Qətlə kürəkən ilə qayınana arasında ailə münaqişəsi zəminində baş vermiş mübahisə səbəb olub.
Sumqayıtda kürəkən qayınanasını balta ilə öldürdü

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıtda kürəkən qayınanasını balta ilə öldürdü.

Sumqayıt şəhər prokurorluğundan şənbə günü Trend-ə verilən məlumata görə, dünən axşam saatlarında şəhər sakini Sərdar Abbasov yaşadığı mənzildə qayınanası Qəribnisə Hüseynovaya balta və bıçaqla xəsarət yetirərək öldürüb.

Qətlə kürəkən ilə qayınana arasında ailə münaqişəsi zəminində baş vermiş mübahisə səbəb olub.

Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti