...

Bakıda ana və oğul dəm qazından boğulublar

Hadisə Materials 7 Aprel 2011 10:42 (UTC +04:00)
Yasamal rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 6-da saat 14:00 radələrində Z.Kərimov küçəsi, mənzil 78-dəhamam otağından 32 yaşlı Aytac Məmmədova və oğlu 3 yaşlı Mehdi Məmmədovun meyitləri tapılıb.
Bakıda ana və oğul dəm qazından boğulublar

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda ana və oğul dəm qazından zəhərlənərək ölüblər.

Yasamal rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 6-da saat 14:00 radələrində Z.Kərimov küçəsi, mənzil 78-də hamam otağından 32 yaşlı Aytac Məmmədova və oğlu 3 yaşlı Mehdi Məmmədovun meyitləri tapılıb.

Onların dəm qazından zəhərləndikləri müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti