...

Bakıda iki avtomobil toqquşub; yaralı və ölənlər var

Hadisə Materials 13 Aprel 2011 16:15 (UTC +04:00)
Nəticədə VAZ 2107 markalı avtomobildə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Bakıda iki avtomobil toqquşub; yaralı və ölənlər var

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Bakının Xəzər rayonunda ağır yol qəzası qeydə alınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin icyimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Xəzər rayonunun Qala dəmiryol stansiyası yaxınlığında VAZ 2107 markalı 90 KP 527 dövlət nömrə nişanlı avtomobil Prado markalı 10 UE 969 nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə VAZ 2107 markalı avtomobildə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Faktla Bağlı Xəzər rayon Polis İdarəsi tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti