Azərbaycan, Bakı, 25 aprel /Trend/
Rusiya Federasiyasının Primorye diyarının Naxodka şəhərində yerli Azərbaycan diasporunun lideri Arif Şahverdiyev öldürülüb.
Trend-in məlumatına görə, "RİA Novosti"nin yaydığı məlumatda bildirilib ki, Şahverdiyevin meyiti aprelin 24-də sahibi olduğu kafedə tapılıb. O, çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.
Fakt üzrə Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci bəndi ilə (qətl) cinayət işi qaldırılıb.
Rusiyanın Naxodka şəhərində Azərbaycan diasporunun lideri öldürülüb
Rusiya Federasiyasının Primorye diyarının Naxodka şəhərində yerli Azərbaycan diasporunun lideri Arif Şahverdiyev öldürülüb
