...

Paytaxtda avtomobillərdən oğurluq edən dəstə yaxalanıb

Hadisə Materials 23 May 2011 12:49 (UTC +04:00)
Bakıda avtomobillərdən oğurluq edən dəstə yaxalanıb.
Paytaxtda avtomobillərdən oğurluq edən dəstə yaxalanıb

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda avtomobillərdən oğurluq edən dəstə yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsindən (BPİ) Trend-ə verilən məlumata görə, mayın 21-də 20 Yanvar küçəsində Yusif Rəsulova məxsus "Nissan" markalı avtomobildən şüşəni sındırma yolu ilə sənədlər, kosmetik əşyalar və gödəkçə oğurlanıb.

Bakı şəhər BPİ və Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Emin İbrahimov, Beyləqan rayon sakinləri Mərdan Abdullayev və Xəyala Hüseynova mayın 22-də yaxalanıblar.

Müəyyən edilib ki, onlar mayın 22-nə keçən gecə Heydər Əliyev küçəsində Seymur Axundova məxsus "VAZ-21099", Mir Cəlal küçəsində Tahir Məmmədova məxsus "VAZ-2105", Alı Mustafayev küçəsində Zaur Xəlilova məxsus "VAZ-21099" və mayın 14-nə keçən gecə Nəvai Məsmiyevə məxsus "Opel" markalı avtomobildən şüşəni sındırma yolu ilə səs gücləndiricilər, maqnitafonlar, saat və dərman preparatları oğurlayıblar.

Dəstə üzvləri barəsində cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti