...

Gəncə polisi "Yəhova şahidləri" dini iсmasının qanunsuz yığıncaq keçirməsinin qarşısını alıb

Hadisə Materials 13 İyun 2011 12:58 (UTC +04:00)
Gəncə şəhər Polis Şöbəsinin əməkdaşları "Yəhova şahidləri" dini iсmasının qanunsuz yığıncaq keçirməsinin qarşısını alıb.
Gəncə polisi "Yəhova şahidləri" dini iсmasının qanunsuz yığıncaq keçirməsinin qarşısını alıb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Gəncə şəhər Polis Şöbəsinin əməkdaşları "Yəhova şahidləri" dini iсmasının qanunsuz yığıncaq keçirməsinin qarşısını alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsinin və Nizami (Gənсə) RPŞ əməkdaşlarının iyunun 12-də birgə həyata keçirdikləri tədbirlər nəticəsində Gənсə şəhər sakini Yeganə Qəhrəmanovanın 37 nəfərin iştirakı ilə "Yəhova şahidləri" dini iсmasının qanunsuz yığınсağını keçirməsi müəyyən edilib.

Onlar RPŞ-yə dəvət olunub, Qəhrəmanova və həmyerliləri Rəna Sadıqova, Rəşad Niftəliyev və Bakı şəhər sakini Teymur Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 299-сu (dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsinə əsasən protokol tərtib edilərək tədbir görülməsi üçün məhkəməyə göndərilib.

Digərlərinə isə xəbərdarlıq edildikdən sonra buraxılıblar.

Xəbər lenti

Xəbər lenti