Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Kanalda batan şəxsin cəsədi tapılıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batmış 24 yaşlı Həsən Canət oğlu İsrafilovun axtarışları başa çatdırılıb.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən aparılan əməliyyat nəticəsində İsrafilovun cəsədi batdığı yerdən 500-600 m aralıda suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.