...

Məcburi köçkünlərin yaşadığı yataqxanada bədbəxt hadisə nəticəsində bir neçə uşaq xəsarət alıb

Hadisə Materials 30 İyun 2011 19:55 (UTC +04:00)
Xətai rayonu ərazisində yerləşən məcburi köçkünlərin yaşadığı yataqxananın korpuslarından birinin girişindəki qəza vəziyyətində olan qoruyucu örtüyün uçması nəticəsində bir neçə uşaq xəsarət alıb.
Məcburi köçkünlərin yaşadığı yataqxanada bədbəxt hadisə nəticəsində bir neçə uşaq xəsarət alıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Xətai rayonu ərazisində yerləşən məcburi köçkünlərin yaşadığı yataqxananın korpuslarından birinin girişindəki qəza vəziyyətində olan qoruyucu örtüyün uçması nəticəsində bir neçə uşaq xəsarət alıb. Bu barədə Trend-ə cümə axşamı Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Tibbi Kliniki Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəzə 8-12 yaşlarında olan üç uşaq daxil olub. Onlardan ikisi yüngül xəsarət aldığına görə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Digəri isə həkim nəzarəti altında saxlanılır.

Xəbər lenti

Xəbər lenti