...

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin hissələrinin axtarışına NATO qüvvələri cəlb edilib - səfir

Hadisə Materials 6 İyul 2011 14:03 (UTC +04:00)
Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin hissələrinin, eləcə də həlak olanların cəsədlərinin axtarışına NATO qüvvələri də cəlb edilib.
Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin hissələrinin axtarışına NATO qüvvələri cəlb edilib - səfir

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir S.Ağayeva/

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin hissələrinin, eləcə də həlak olanların cəsədlərinin axtarışına NATO qüvvələri də cəlb edilib. Bu barədə Trend-ə Azərbaycanın Əfqanıstanda akkreditə olunmuş Pakistandakı səfiri Daşqın Şikarov Əfqanıstan XİN-ə istinadən bildirib.

"Əfqanıstan XİN-in məlumatına görə, qəza təyyarənin ani olaraq hansısa obyektlə toqquşması nəticəsində baş verib, pilot hadisə barədə dispetçerlərə məlumat verməyə imkan tapmayıb", - səfir deyib.

Onun sözlərinə görə, təyyarənin göyərtəsində Azərbaycan, Rusiya və Özbəkistan vətəndaşları olub.

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutu"sunun axtarışı ərazinin relyef xüsusiyyətləri və hava şəraiti ilə əlaqədar çətinləşib. Bu barədə Trend-ə Kabil şəhər aeroportunun Uçuşların yerinə yetirilməsi şöbəsi rəhbərinin müavini Cavad Vahabzadə bildirib.

İyulun 5-dən iyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin göyərtəsində doqquz nəfər olub. Bir az əvvəl Azərbaycan Mülki Aviasiya Administrasiyasından Trend-ə bildirilib.

Əfqanıstanın Hava Məkanının İdarə Edilməsi Xidmətinin məlumatına görə, iyulun 6-da saat 00:10-da (Bakı vaxtı ilə saat 02:10) Baqram aeroportu yaxınlığında yerə enməli olan "Silk Way"in yük təyyarəsilə ilə əlaqə kəsilir və radarlardan itir. Eyni zamanda, təyyarənin uçuşunu idarə edən dispetçer Kabil aeroportundan təxminən 25 kilometr məsafədə 4 kilometr yüksəlikdə alov gördüyü barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti