...

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutu"su tapılıb, ekipaj üzvlərinin meyitlərini müəyyən etmək mümkün deyil - Pərvən əyalətinin qubernatoru

Hadisə Materials 6 İyul 2011 16:06 (UTC +04:00)
Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutu"su tapılıb. Bu barədə Trend-ə Pərvən əyalətinin qubernatoru Bəşər Salanqi deyib.
Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutu"su tapılıb, ekipaj üzvlərinin meyitlərini müəyyən etmək mümkün deyil - Pərvən əyalətinin qubernatoru

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Cəfərov/

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutu"su tapılıb. Bu barədə Trend-ə Pərvən əyalətinin qubernatoru Bəşər Salanqi deyib.

Onun sözlərinə görə, təyyarə qəzaya uğrayan zaman bir neçə hissəyə parçalanıb. Bundan sonra güclü yanğın baş verib. Ekipaj üzvlərinin meyitləri alov içində o dərəcədə yanıblar ki, onların tanınması mümkün deyil, - Salanqi bildirib.

Genetik ekspertizaya və vətənlərinə göndərmək üçün hətta meyitlərin hissələri belə qalmayıb.

Qubernator aviaqəzada həlak olanların ailələrinə, eləcə də bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib və onların kədərinə şərik olduğunu bildirib.

Azərbaycan Mülki Aviasiya Administrasiyası iyulun 6-na keçən gecə Əfqanıstanda Azərbaycanın "Silk Way" aviaşirkətinin təyyarəsinin qəzaya uğraması səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradıb. Bu barədə Trend-ə hadisənin araşdırılması üzrə komissiyanın üzvü, "Silk Way" aviaşirkətinin direktorunun müşaviri Adil Qasımov deyib.

Onun sözlərinə görə, Mülki Aviasiya Administrasiyası nümayəndələrinin daxil olduğu komissiyanınn üzvləri yaxın vaxtlarda qəzanın yerində araşdırılması üçün Əfqanıstana yola düşəcəklər.

Təyyarənin qəzaya uğradığı Əfqanıstanın Pərvənd qəzasının Siyah Gərd əyalətinin başçısı Əbdülhəlim Mücəddədinin Trend-ə bildirdiyinə görə, təyyarə Aksan kəndi yaxınlığında dağa çırpılıb. Bundan sonra regionda görünən yanğın baş verib. Yanan avialaynerdən alovun püskürməsini yerli sakinlər görüblər.

"Polisin və Pərvənd əyalətinin nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb, hazrıda onlar həlak olanların meyitlərini axtarırlar", - Mücəddədin deyib.

O, "Taliban"ın təyyarənin onlar tərəfindən vurulması ilə bağlı verdiyi bəyanatı təkzib edib.

Çərşənbə günü ISAF-ın rəsmi nümayəndəsi mayor Tim Ceyms Trend-ə bildirib ki, təyyarə beynəlxalq koalisiya qüvvələri (ISAF) ilə müqavilə üzrə işləyib.

Əfqanıstanın Hava Məkanının İdarə Edilməsi Xidmətinin məlumatına görə, iyulun 6-da saat 00:10-da (Bakı vaxtı ilə saat 02:10) Baqram aeroportu yaxınlığında yerə enməli olan "Silk Way"in yük təyyarəsilə ilə əlaqə kəsilir və radarlardan itir. Eyni zamanda, təyyarənin uçuşunu idarə edən dispetçer Kabil aeroportundan təxminən 25 kilometr məsafədə 4 kilometr yüksəlikdə alov gördüyü barədə məlumat verib.

Əlaqə kəsilənədək hava gəmisindən nasazlıq və ya qəza vəziyyəti ilə bağlı hər hansı bir məlumat daxil olmadığından onun havada naməlum obyektlə toqquşduğu ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti