Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda qaynaqçı günvurmadan ölüb.
Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu ərzisində Dəmir-Beton zavodunda qaynaqçı işləyən Yardımlı rayon sakini Firudin Aslanov iş başında dünyasını dəyişib.
Şahidlərin verdiyi məlumata görə, Aslanov zavodun həyətində qaynaq işləri apararkən müvazinətini itirərək yerə yıxılıb və aldığı xəsarətdən dünyasını dəyişib. İlkin ehtimala görə, onun ölümünə günvurma səbəb olub.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.