...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsmayıllıda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 27 İyul 2011 20:15 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsmayıllı rayonunda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsmayıllıda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsmayıllı rayonunda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Çərşənbə günü saat 09:00 radələrində İsmayıllı rayonunun Gəraybəyli bələdiyyəsinin ərazisində, Ağsu-Qaraməryəm şose yolunun yaxınlığındakı otlaq sahəsində yanğın hadisəsi baş verib.

"İlkin ehtimala görə, yanğın çobanların odla ehtiyatsız davranması nəticəsində baş verib. Yanğın təqribən 5-6 hektar bələdiyyə ərazisini əhatə edir", - nazirlikdən Trend-ə verilən məlumatda deyilir.

Yanğının baş verdiyi ərazi İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Girdiman Meşəbəyliyinin ərazisi ilə həmsərhəd olsa da, meşə fonduna keçməyib.

Yanğının söndürülməsinə köməyə gedən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları, yerli əhali və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə dəstələri tərəfindən hazırda davam edən yanğının söndürülməsinə və meşə fonduna keçməsinin qarşısının alınmasına cəhd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və meşələrimizi qorumağa çağırır.

Xəbər lenti

Xəbər lenti