Azərbaycan, Bakı, 4 avqust /Trend/
Bakının Binəqədi rayonu ərazisində intihar hadisəsi baş verib.
Binəqədi rayon Prokurorluğundan cümə axşamı Trend-ə bildiriblər ki, Xocahəsən qəsəbəsində yaşayan 28 yaşlı Ramil Əliyev özünü yaşadığı evdə iplə asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Bakıda 28 yaşlı gənc intihar edib
Bakının Binəqədi rayonu ərazisində intihar hadisəsi baş verib