...

Daxili İşlər Nazirliyi Bakıda kolbasa sexində baş verən partlayışla bağlı məlumat yayıb

Hadisə Materials 4 Avqust 2011 13:15 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Bakıda kolbasa sexində baş verən partlayışla bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi Bakıda kolbasa sexində baş verən partlayışla bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Daxili İşlər Nazirliyi (DİN) Bakıda kolbasa sexində baş verən partlayışla bağlı məlumat yayıb.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 3-də saat 11.30 radələrində Nərimanov rayonu ərazisində, Bakı şəhər sakini Rövşən Ağagülova məxsus kolbasa sexinin həyətindəki soyuducuda qaynaq işləri aparılarkən qaz balonu partlayıb.

Nəticədə Ağagülov və orada işləyənlər - Bakı şəhər sakini Nurlan Xəlilov və Lerik rayon sakini Asəf Vahabov hadisə yerində ölüb. Xəsarət alan Bakı şəhər sakinləri Əli Cəfərov, Cahid Rəcəbov və Biləsuvar rayon sakini Vasif Əzizov isə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətləri orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti