...

Azərbaycan Ordusunun əsgəri yaralanıb

Hadisə Materials 13 Avqust 2011 16:19 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
Azərbaycan Ordusunun əsgəri yaralanıb

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Trend-in məlumatına görə, hadisə avqustun 12-də qeydə alınıb. Ermənilərin Azərbaycanın Göygöl rayonu istiqamətində açdığı atəş əsgər Mirzəyev Kamil Elbəyi oğluna dəyib. 2010-cu ilin oktyabr ayında Masallı Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1992-ci il təvəllüdlü əsgər qolundan yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə əsgərin yaralanma faktını təsdiqləyib.

Onun vəziyyəti normallaşıb, həyatı üçün təhlükə yoxdur.

Xəbər lenti

Xəbər lenti