...

Bakı-Rostov marşrutu ilə hərəkət edən avtobusun aşması nəticəsində həlak olanın şəxsiyyəti müəyyənləşdirilib (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 16 Avqust 2011 20:19 (UTC +04:00)
Bakı-Rostov marşrutu üzrə hərəkət edən ikimərtəbəli avtobusun Dağıstanın Süleyman-Stal rayonu ərazisində aşması nəticəsində həlak olan şəxsin şəxsiyyəti müəyyənləşdirilib.
Bakı-Rostov marşrutu ilə hərəkət edən avtobusun aşması nəticəsində həlak olanın şəxsiyyəti müəyyənləşdirilib (ƏLAVƏ OLUNUB-2)

Həlak olanın şəxsiyyəti və xəsarət alanların vəziyyəti barədə məlumat əlavə olunub (ilk xəbər saat 17:31-də yayılıb)

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir S.Ağayeva/

Bakı-Rostov marşrutu üzrə hərəkət edən ikimərtəbəli avtobusun Dağıstanın Süleyman-Stal rayonu ərazisində aşması nəticəsində həlak olan şəxsin şəxsiyyəti müəyyənləşdirilib. Həlak olan avtobus sürücüsü Azərbaycan vətəndaşı Rəhimov Etibar Razim oğludur (1976-cı il təvəllüdlü).

Avtobusun sərnişinləri yüngül bədən xəsarəti alıblar. Hadisə yerində onlara lazımi tibbi yardım göstərilib. Bu barədə Dağıstan FHN-dən bildirilib.

Azərbaycandan qəza yerinə sərnişinlərin Rostova aparılması üçün avtobus göndərilib.

"Moskva vaxtı ilə saat 14:50-də FHN-ə məlumat daxil olub ki, "Dağıstanın Süleyman-Stal rayonunun ərazisində "Qafqaz" federal şossesində Bakıdan Rostova gedən "Mersedes" markalı ikimərtəbəli avtobus aşıb", - bir qədər əvvəl Trend-ə Mahaçqala Fövqəladə Hallar Komissiyasından məlumat verilmişdi.

Məlumata görə, avtobusda cəmi 47 sərnişin olub, onlar arasında uşaq yoxdur.

Xəbər lenti

Xəbər lenti