...

Gürcüstanda Rusiya vətəndaşı tutulub

Hadisə Materials 19 Avqust 2011 15:02 (UTC +04:00)
Gürcüstan polisi Gürcüstanın işğal olunmuş ərazilərinə qanunsuz daxil olduğu üçün Rusiya vətəndaşını saxlayıb.
Gürcüstanda Rusiya vətəndaşı tutulub

Gürcüstan, Tbilisi, 19 avqust /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan polisi Gürcüstanın işğal olunmuş ərazilərinə qanunsuz daxil olduğu üçün Rusiya vətəndaşını saxlayıb. Trend-ə Gürcüstan Sərhəd Polisindən verilən məlumata görə, Stavropol vilayətinin İnozems kəndinin sakini Gürcüstan-Osetin münaqişəsi zonasında Erqneti kəndində saxlanılıb. Həmin əraziyə Gürcüstan hakimiyyəti nəzarət edir.

Sərhəd Polisi müəyyən edib ki, Rusiya vətəndaşı avqustun 4-də Cənubi Osetiyaya Rok tuneli ilə gedib. Bu isə Gürcüstan qanunları ilə qadağandır, belə ki, orada Gürcüstanın rəsmi nəzarət buraxılış məntəqəsi yoxdur.

Sərhədin pozulması faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 322.1 maddəsi ilə cinayət işi qaldırılıb. İstintaqı Sərhəd Polisinin Operativ İstintaq İdarəsi aparır. Saxlanılan şəxsi 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu arada, Cənubi Osetiyada Gürcüstan-Cənubi Osetiya sərhədinin 3 pozucusu saxlanılıb. Mövcud ənənəyə görə, tərəflər sərhəd pozucularının mübadiləsi barədə razılığa gələ bilərlər.

Xəbər lenti

Xəbər lenti