...

Erməni çempion Kiprdə saxlanılıb

Hadisə Materials 25 Avqust 2011 13:54 (UTC +04:00)
Erməni çempion Kiprdə saxlanılıb
Erməni çempion Kiprdə saxlanılıb

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Futzal üzrə Ermənistan çempionu "Erebuni" bir neçə gün əvvəl Avropa kubokunun təsnifat yarışlarında iştirak etdikləri Kiprdən azaldılmış heyətlə qayıdıblar.

Klubun sədri Arman Ayvazyan Yerevana qayıda bilməyib. O, saxta bank kartlarından istifadə etməkdə ittiham olunaraq saxlanılıb. Trend-in məlumatına görə, bu barədə avqustun "Aykakan jamanak" qəzeti yazır.

Məlumatı Ermənistanın Kiprdəki səfirliyinin əməkdaşları da təsdiqləyiblər.

"Səfirlikdə olan mənbələrimiz də təsdiqləyiblər ki, iş çərçivəsində Ermənistanın başqa vətəndaşları da ittiham olunan tərəf kimi cəlb edilə bilərlər. Hələlik söhbətin kimdən getdiyi məlum deyil", - qəzet yazır.

Ermənistan Futbol Federasiyasının rəhbərliyi hesab edir ki, baş verənlərin idmana heç bir aiddiyyəti yoxdur, lakin bu, federasiyanın işi üzərinə kölgə salır.

Qəzet qeyd edir ki, idmançılar arasında əliəyri adamlara təsadüf edilməsi birinci dəfə deyil.

Hadisə ilə bağlı daha ətraflı məlumat almaq mümkün olmayıb. "Son günlər "Erebuni" klubunun əməkdaşlarının və futbolçularının mobil telefonları sönülü olub", - "Aykakan jamanak" izah edir.

Xəbər lenti

Xəbər lenti