...

Yaponiyada "Talas" qasırğası qurbanlarının sayı artır

Hadisə Materials 7 Sentyabr 2011 13:16 (UTC +04:00)
Yaponiyada "Talas" qasırğası qurbanlarının sayı artır
Yaponiyada "Talas" qasırğası qurbanlarının sayı artır

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Yaponiyada "Talas" qasırğası qurbanlarının sayı artaraq 47 nəfərə çatıb, 53 nəfər itkin düşüb. Ölkənin cənub-qərbində təbii fəlakət artıq bir neçə gündür tüğyan edir, bölgədə yağışlar ara vermir, çaylar öz məcralarından çıxıb. Trend-in məlumatına görə, bu barədə yerli KİV xəbər yayıb.

Yaponiya hakimiyyəti ölkənin mərkəzi və qərb hissəsindən əhalinin təxliyə edilməsinə başlamağı planlaşdırır. Artıq 450 mindən çox adam evlərini tərk edib. Meteoroloqlar xəbərdarlıq edirlər ki, regionda leysan yağışlar davam edəcək, bu isə yeni güclü sellərə və torpaq sürüşmələrinə səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti