Azərbaycan, Bakı, 19 sentyabr /Trend/
Gədəbəy rayonunun Düzyurd kəndin 8 nəfər sakini qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Araşdırmalar zamanı onların həmin kənddə 3 gün əvvəl keçirilmiş toy məclisindən qalmış xörəyi yemələri nəticəsində zəhərlənmələri müəyyən edilib.