...

Ankarada partlayış nəticəsində 14 nəfər xəsarət alıb

Hadisə Materials 26 Sentyabr 2011 20:39 (UTC +04:00)
Bazar ertəsi Türkiyənin paytaxtı Ankaranın Aydınlıkevlər rayonundakı Harman küçəsində yerləşən Çelik İş Mərkəzində yerli vaxtla saat 17:15-də qaz sızması səbəbindən güclü partlayış baş verib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir
Ankarada partlayış nəticəsində 14 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Bazar ertəsi Türkiyənin paytaxtı Ankaranın Aydınlıkevlər rayonundakı Harman küçəsində yerləşən Çelik İş Mərkəzində yerli vaxtla saat 17:15-də qaz sızması səbəbindən güclü partlayış baş verib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

42 mənzilli, 14 mərtəbəli binadakı partlayışdan sonra ciddi təşviş yaranıb.

Partlayış vaxtı binada yerləşən "Çağdaş" marketdəki insanlardan 14 nəfər ciddi xəsarət alıb.

Hadisə yerinə bir neçə təcili tibbi yardım maşını göndərilib.

Xəbər lenti

Xəbər lenti