...

Bakıda 10 evdən oğurluq edən şəxs yaxalanıb

Hadisə Materials 27 Sentyabr 2011 11:57 (UTC +04:00)
İl ərzində Bakıda 10 evdən oğurluq edən şəxs yaxalanıb
Bakıda 10 evdən oğurluq edən şəxs yaxalanıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

İl ərzində Bakıda 10 evdən oğurluq edən şəxs yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki,
Xəzər RPİ 1-ci və 2-ci PB-nin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Zakir Orduyev senytabrın 26-da yaxalanıb.

Araşdırma nəticəsində müəyyən edilmişdir ki, o, bu il müxtəlif vaxtlarda Şağan, Mərdəkan, Buzovna, Şüvəlan qəsəbələrində Fuad Nəzərovun, Sevda Kazımovanın, Aqil Cəfərlinin, İlqar Şükürovun, Rüstəm Səfərovun, Namiq Qurbanovun, İsaxan İsaxanlının, Alik Abdullayevin, Emil Abbasbəylinin, Günay Zeynalovanın yaşadığı evdən pul, qızıl-zinət və digər əşyalar oğurlayıb.

Xəbər lenti

Xəbər lenti