...

"Xalq ulduzu" mahnı müsabiqəsinin iştirakçısı külli miqdarda pul oğurlama faktına görə həbs edilib

Hadisə Materials 28 Sentyabr 2011 11:53 (UTC +04:00)
"Xalq ulduzu" mahnı müsabiqəsinin iştirakçısı Bakıda külli miqdarda oğurluq faktına görə həbs edilib
"Xalq ulduzu" mahnı müsabiqəsinin iştirakçısı külli miqdarda pul oğurlama faktına görə həbs edilib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

"Xalq ulduzu" mahnı müsabiqəsinin iştirakçısı Bakıda külli miqdarda pul oğurlama faktına görə həbs edilib.

Suraxanı rayon Polis İdarəsindən çərşənbə günü Trend-ə bildiriblər ki, müsabiqənin iştirakçısı olan Səfa Məmmədov Qaraçuxur qəsəbəsi ərazisində İlkin Yusubovun mənzilindən 60 min manat, 20 min dollar pul oğurlayıb.

Məmmədov sonra oğurladığı pulun 52 min dolarına özünə ağ rəngli "Range Rover" markalı maşın alıb.

Mirzəyev sentyabrın 27-da tutulub. O, ilkin dindirmə zamanı bildirib ki, evə arxa qapıdan girib. Müğənninin evdə pulun olması barədə haradan xəbər tutması isə istintaq sirri olduğundan açıqlanmır.

Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti