Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Daxili İşlər Nazirliyi Goranboyda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, sentyabrın 27-də saat 12:25 radələrində Goranboy rayonu ərazisində, Göyçay rayon sakini Sahib Umarovun idarə etdiyi "VAZ-21011" markalı və Tovuz rayon sakini Nəriman Hüseynovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.
Nətiсədə Umarov və sərnişini - oğlu Rəşad, habelə Hüseynovun sərnişinləri Samir Abuzərov və Aləmzar Mustafayeva hadisə yerində ölüb.
Xəsarət alanlar - Hüseynov, eləсə də Umarovun sərnişinləri - arvadı Zemfira, gəlini Zülfiyyə və nəvəsi 3 yaşlı Aytən isə xəstəxanaya yerləşdiriliblər.