...

Azərbaycanda ölümlə nəticələnən yol qəzaları olub

Hadisə Materials 29 Sentyabr 2011 12:47 (UTC +04:00)
Şəkidə ağır yol qəzası olub.
Azərbaycanda ölümlə nəticələnən yol qəzaları olub

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Şəkidə ağır yol qəzası olub.

Daxili İşlər Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, sentyabrın 28-də saat 12:15 radələrində Şəki şəhərində Sumqayıt şəhər sakini Elsevər Qasımovun idərə etdiyi "BMW-316" markalı və Mingəçevir şəhər sakini Əli İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub.

Nəticədə İsmayılov hadisə yerində ölüb, xəsarət almış sərnişinləri - Vəli Ağammədov, onun arvadı Xalidə, habelə Qasımov xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Həmin gün İmişli rayonunda da ölümlə nəticələnən yol qəzası baş verib.

Sentaybrın 28-də saat 11:00 radələrində İmişli rayonu ərazisində rayon sakinləri Mehman Həsənovun idarə etdiyi "BMW X-5" markalı, Əflan Əbilovun idarə etdiyi "VAZ-2106" markalı, Şahin Abışovun idarə etdiyi "VAZ-21074" markalı və Fərid Musayevin idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Əbilov orada ölüb.

Xəbər lenti

Xəbər lenti