...

Naxçıvan MR-də hərbi maşının aşması nəticəsində həlak olan hərbiçinin şəxsiyyəti müəyyənləşib

Hadisə Materials 12 Oktyabr 2011 10:16 (UTC +04:00)
Naxçıvan MR-də hərbi maşının aşması nəticəsində həlak olan hərbiçinin şəxsiyyəti müəyyənləşib.
Naxçıvan MR-də hərbi maşının aşması nəticəsində həlak olan hərbiçinin şəxsiyyəti müəyyənləşib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Naxçıvan MR-də hərbi maşının aşması nəticəsində həlak olan hərbiçinin şəxsiyyəti müəyyənləşib.

Hərbi mənbədən çərşənbə günü Trend-ə verilən məlumata görə, dünən axşam saatlarında Babək rayonu ərazisində aşan hərbi maşında dünyasını dəyişən əsgər 1992-ci il təvəllüdlü Ağamirzə Mirzəyevdir.

O, Hacıqabul rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Xəsarət alan 9 əsgərin vəziyyəti isə normaldır.

Dünən axşam saatlarında Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Resbuplikasındakı hərbi hissələrindən birinə məxsus hərbi avtomobil əsgərləri hərbi təlimdən gətirərkən dağdan aşıb.

Qəza zamanı avtomobildə olan əsgərlərdən biri ölüb, 9 əsgər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev çərşənbə günü məlumatı Trend-ə təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti