...

Bakıda və Tovuzda qətl hadisələri qeydə alınıb

Hadisə Materials 27 Oktyabr 2011 10:05 (UTC +04:00)
Bakının Suraxanı rayonunun prokurorluğundan cümə axşamı Trend-ə verilən məlumata görə, rayonun Əmircan qəsəbəsi, Musabəyov küçəsində yaşayan Ramiz Mahmudov aralarındakı mübahisə zamanı Əfqan Zamanovu bıçaqlayıb.
Bakıda və Tovuzda qətl hadisələri qeydə alınıb

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda və Tovuzda qətl hadisələri qeydə alınıb.

Bakının Suraxanı rayonunun prokurorluğundan cümə axşamı Trend-ə verilən məlumata görə, rayonun Əmircan qəsəbəsi, Musabəyov küçəsində yaşayan Ramiz Mahmudov aralarındakı mübahisə zamanı Əfqan Zamanovu bıçaqlayıb.

Zamanov 3 saylı şəhər klinik xəstəxanasında aldığı xəsarətdən dünyasını dəyişib.

Tovuzun Düzcırdaxanlı kənd sakini 21 yaşlı İlkin Sadıqov aralarındakı şəxsi münaqişə zəminində baş vermiş dava zamanı Mülküllü kənd sakini 21 yaşlı İsa Orucovu bıçaqla qətlə yetirib.

Hər iki cinayət törədən şəxs saxlanılıb və hər iki faktla bağlı rayon prokurorluqlarında Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti