...

Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından iki gənci xilas edib

Hadisə Materials 28 Oktyabr 2011 21:51 (UTC +04:00)
Azərbaycan xilasediciləri tərəfindən Türkiyənin zəlzələdən ziyan çəkmiş Erciş şəhərində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 15 və 17 yaşlarında iki gənc xilas olunub və daha 2 cəsəd çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından iki gənci xilas edib

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir R.Daraxşan/

Azərbaycan xilasediciləri tərəfindən Türkiyənin zəlzələdən ziyan çəkmiş Erciş şəhərində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 15 və 17 yaşlarında iki gənc xilas olunub və daha 2 cəsəd çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Trend-in cümə günü FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla da Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 12 nəfər xilas edilmiş və 54 cəsəd dağıntılar altından tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Oktyabrın 23-də Bakı vaxtı ilə saat 15:41-də episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkir, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində də hiss edilib.

Zəlzələnin qurbanlarının sayı cümə günü səhərə olan məlumata görə, 570 nəfərə çatıb, 2 min 555 nəfər zərər çəkib.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycan Respublikası Naxçıvan MR-in Sədərək, Şərur, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində 3.5-3.0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.

Xəbər lenti

Xəbər lenti