Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda üzərində zorakılıq əlamətləri olan meyit tapılıb.
Xətai rayon prokuroluğundan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, oktyabrın 31-dən noyabrın 1-ə keçən gecə, "NZS" qəsəbəsi, Sovxoz küçəsi, 19 saylı binanın qarşısında Xaçmaz rayon sakini, 37 yaşlı İlkin Qurbanovun meyiti tapılıb.
Meyitin üzərində zorakılıq əlamətləri müəyyən olunub.
Qətli törədən şəxsin müəyyən edilməsi və tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Fktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.