...

Qobustan həbsxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 2 Noyabr 2011 16:12 (UTC +04:00)
Qobustan həbsxanasında cəza çəkən məhkuma mobil telefon keçirilməsinin qarşısı alınıb.
Qobustan həbsxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qobustan həbsxanasında cəza çəkən məhkuma mobil telefon keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, noyabrın 1-də Qobustan həbsxanasında cəza çəkən 1980-ci il təvəllüdlü, məhkum Kərimov Güldadaş Sakit oğlunun yanına qısamüddətli görüşə gəlmiş qohumu vətəndaş Səfərova Çiçək Bahadur qızının gətirdiyi ərzaq məhsullarına baxış keçirilib.

Baxış zamanı əridilmiş bitki yağı konserv bankasının içərisində gizlədilmiş ağ selofana bükülmüş 2 ədəd elektrik qidalandırıcısı, 1 ədəd qulaqcıq, 3 ədəd "Nokia" markalı mobil telefon aparatı və 1ədəd SİM nömrə aşkar edilərək götürülüb.

Kərimov Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.2.1; 120.2.5; 120.2.11) və quldurluq (181.3.2; 181.3.3) maddələri ilə 14 il 21 gün müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti