...

Türkiyədə bərəni ələ keçirən terrorçunun şəxsiyyəti məlum olub

Hadisə Materials 12 Noyabr 2011 14:32 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Türkiyədə cümə günü axşam bərəni ələ keçirən terrorçunun kimliyini müəyyən edib.
Türkiyədə bərəni ələ keçirən terrorçunun şəxsiyyəti məlum olub

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir A.Tağıyeva/

Daxili İşlər Nazirliyi Türkiyədə cümə günü axşam bərəni ələ keçirən terrorçunun kimliyini müəyyən edib. Trend-in məlumatına görə, bu barədə daxili işlər naziri İdris Naim Şahin bəyan edib. Xəbəri şənbə günü "TRT Наber" telekanalı yayıb.

Terrorçunun PKK-nın Kocaeli şəhərində gənclərin fəaliyyəti üzrə məsul nümayəndəsi Mənsur Gözəl olduğu açıqlanıb.

Cümə günü axşam Türkiyədə ələ keçirilən "Kartepe" bərəsi xüsusi əməliyyat zamanı azad edilib.

Terrorçu tək olub. O, əməliyyat zamanı öldürülüb.

İstanbulun İzmit limanından Karamürsel şəhərinə gedən "Kartepe" bərəsi Mərmərə dənizinin sahillərində cümə günü yerli vaxtla saat 17:45-də ələ keçirilib. "Kartepe"nin göyərtəsində 18 sərnişin və 6 heyət üzvü olub.

Əvvəlcə bərənin beş nəfər tərəfindən ələ keçirildiyi barədə məlumat verilmişdi. Həmçinin bildirilmişdi ki, terrorçular onlara mətbuat üçün bəyanat verməyə imkan verilməyəcəyi halda, gəmini partladacaqları ilə hədələyiblər. Sonradan gəminin qaçırılmasında bir nəfərin iştirak etdiyi xəbər verilib.

Xəbər lenti

Xəbər lenti