...

Qazaxıstanın Taraz şəhərində baş vermiş atışma və partlayış nəticəsində beş nəfər ölüb - DİN

Hadisə Materials 12 Noyabr 2011 15:55 (UTC +04:00)
Qazaxıstanın cənubundakı Taraz şəhərində baş vermiş atışma və partlayış nəticəsində beş nəfər həlak olub.
Qazaxıstanın Taraz şəhərində baş vermiş atışma və partlayış nəticəsində beş nəfər ölüb - DİN

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Qazaxıstanın cənubundakı Taraz şəhərində baş vermiş atışma və partlayış nəticəsində beş nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə şənbə günü Qazaxıstan DİN-in mətbuat xidməti xəbər verib.

Bir az əvvəl şahidlər RİA "Novosti"yə üç nəfərin həlak olduğunu xəbər vermişdilər.

Qazaxıstan DİN-in məlumatına görə, noyabrın 12-də Taraz şəhərində naməlum şəxs tərəfindən şəhərin silah mağazalarından birinə hücum edilib. Nəticədə mühafizəçi ölüb və bir nəfər yaralanıb. Hücum zamanı iki "Sayqa" silahı oğurlanıb. Hücum törətdikdən sonra cinayətkar minik maşınında hadisə yerindən qaçıb.

"Caninin saxlanması məqsədilə onun təqib edilməsi zamanı iki polis əməkdaşı odlu silahdan atılan atəş nəticəsində ölümcül yaralanıb. Mərkəzi mağazalardan birinin yanında saxlanılarkən yaralı cinayətkar özünü partladıb və nəticədə yol polisinin bir əməkdaşı həlak olub", - DİN-in mətbuat xidmətinin şənbə günü yaydığı məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti