Azərbaycan, Bakı, 16 noyabr / Trend müxbir E.Mehdiyev/
Bakıda mobil telefon oğurluğu ilə məşğul olan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Çevik Polis Alayı və Nizami (Bakı) RPİ 24-cü PB əməkdaşlarının birgə həyata keçirdikləri əməlliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də Bakı şəhər sakini Samir Hüseynova məxsus mağazadan 12 ədəd mobil telefon oğurlamış Radik Kazımov tutulub.