Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.Mehdiyev/
Kürdəmirdə bir ailənin üzvləri ağır yol qəzasına düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, noyabrın 17-də saat 07.00 radələrində Kürdəmir rayonu ərazisində Laçın rayon sakini Anar Həsənov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu aşırıb.
Nəticədə sərnişini - 3 yaşlı qızı Xədicə hadisə yeində ölüb, xəsarət almış özünə və digər sərnişini - arvadı Nəzirəyə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Kürdəmirdə bir ailənin üzvləri ağır yol qəzasına düşüblər
Kürdəmirdə bir ailənin üzvləri ağır yol qəzasına düşüb
