Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Xaçmazda avtomobillə iki azyaşlı uşaq vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Xaçmaz şəhəri ərazisində Şabran şəhər sakini İsrafil Şıxəliyev "VAZ-21154" markalı avtomaşını idarə edərkən şəhər sakinləri 10 yaşlı Harun Cavadovu və onun qardaşı 4 yaşlı Turalı vurub.
Xəsarət almış uşaqlar xəstəxanaya yerləşdiriliblər.
Tural xəstəxanada ölüb, Harunun vəziyyəti isə orta-ağırdır.
Xaçmazda avtomobillə iki azyaşlı uşaq vurulub
Xaçmazda avtomobillə iki azyaşlı uşaq vurulub.
