...

Türkiyədə hərbçilərə hücum edilib

Hadisə Materials 29 Noyabr 2011 15:42 (UTC +04:00)
Bu gün Türkiyənin Bitlis şəhərində hərbi maşının keçidi zamanı partlayış baş verib, nəticədə 5 hərbiçi yaralanıb.
Türkiyədə hərbçilərə hücum edilib

Azərbaycan, Bakı, 29 noyabr /Trend müxbir A.Tağıyeva/

Bu gün Türkiyənin Bitlis şəhərində hərbi maşının keçidi zamanı partlayış baş verib, nəticədə 5 hərbiçi yaralanıb. Bu barədə Trend çərşənbə axşamı CNN Turk telekanalına istinadən məlumat verir.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar, hadisə yerində təhqiqat aparılır.

Türkiyə terrorizmlə fəal mübarizə aparır. Türkiyə Hərbi Hava Qüvvələri vaxtaşırı İraqın şimalındakı və Türkiyənin öz ərazisindəki kürd separatçılarının mövqelərinə zərbə endirir.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti