...

Göyçayda torpaq sürüşməsi olub

Hadisə Materials 2 Dekabr 2011 15:23 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən cümə günü yaydığı məlumata görə, noyabrın 30-da axşam saatlarında Göyçay şəhərinin mərkəzindən 3 km şimalda, dağlıq ərazidə torpaq sürüşməsi baş verib.
Göyçayda torpaq sürüşməsi olub

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Göyçayda torpaq sürüşməsi olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən cümə günü yaydığı məlumata görə, noyabrın 30-da axşam saatlarında Göyçay şəhərinin mərkəzindən 3 km şimalda, dağlıq ərazidə torpaq sürüşməsi baş verib.

Sürüşmə zonasının eni 50 m, uzunluğu 200 m olub.Sürüşmə ərazisindəki "Ərəb arxı" tutulub, lakin, görülmüş tədbirlər nəticəsində arx açılıb.

Ərazidən keçən yüksək gərginlikli elektrik xətti və qaz kəməri zədələnməyib.

Hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Qeyd edilən ərazidə yaranmış vəziyyətin nəticələrini aradan qaldırmaq üçün zəruri tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti