Azərbaycan, Bakı, 5 yanvar / Trend, müxbir K.Zərbalıyeva/
İmişlidə yaşayış evində partlayış olub, iki nəfər xəsarət alıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İmişli rayonu, Göhərli kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan 1 otaqlı evdə yanğınla davam edən partlayış baş verib.
Nəticədə, evin arxa divarı uçub, qamışdan ibarət damı çöküb, qapı-pəncərəsi çərçivədən çıxıbş, habelə evin qamışdan ibarət dam örtüyü 12 kv.m sahədə və ev əşyaları qismən yanıb.
Ev sahibinin həyat yoldaşı və oğlu yanıq xəsarətləri alıblar.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.