Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir M.Moezi/
İranın Buşəhr şəhərindəki əlil qızlar üçün mərkəzdə yanğın baş verib, nəticədə 3 nəfər ölüb və 14 nəfər xəsarət alıb. Bu barədə cümə axşamı Trend "Mehr" agentliyinə istinadən məlumat verir.
Əyalətin Rifah İctimai Təşkilatının direktoru Əkbər Qarqoiri hesab edir ki, yanğına səbəb elektrikisidici cihaz olub. "əl-Yasin" özəl mərkəzi Rifah İctimai Təşkilatının himayəsi altında işləyir.
Xəsarət alan 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir, 11 qız isə sabah xəstəxanadan buraxılmalıdır.