Azərbaycan, Bakı, 11 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Bakıda 21 yaşlı gənc bıçaqlanıb.
Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ötən gecə metronun "Gənclik" stasiyasının yaxınlığında Tərlan Mustafayev naməlum şəxs tərəfindən bıçaqlanıb.
Ağır xəsarət alan Mustafayev xəstəxanaya yerləşdirilib.
Cinayəti törədən şəxsin müəyyənləşdirlməsi və tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə (126.1) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.