...

Bakının mərkəzində yanğın baş verib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 17 Yanvar 2012 03:18 (UTC +04:00)
Bakının mərkəzində yanğın baş verib.
Bakının mərkəzində yanğın baş verib (ƏLAVƏ OLUNUB)

(Təfərrüatlar əlavə olunub, ilk xəbər 01:18-də yayılıb)

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Bakıda Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli binada yanğın baş verib. Bu barədə Trend hadisənin şahidlərinə istinadən xəbər verir.

Yanğın güclənib, od bütün beşinci mərtəbəyə və binanın çardağına yayılıb.

Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov gəlib.

Hadisə yerinə 7 yanğınsöndürmə briqadası, həmçinin təcili yardım maşını gəlib.

Həkimlər tüstüdən zəhərlənmiş yaşlı qadına kömək göstəriblər.

Yanan binanın sakinləri evakuasiya ediliblər. Yanğının səbəbləri araşdırılır.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Xəbər lenti

Xəbər lenti